O, qadınlar arasında yeni trendin əsasını qoydu - FOTO

O, qadınlar arasında yeni trendin əsasını qoydu - FOTO

Hazırda oxunan: O, qadınlar arasında yeni trendin əsasını qoydu - FOTO

15578

Kembric hersoqiniyası Keyt Middlton cəmiyyət arasına son çıxışı zamanı qadınlar arasında yeni trendin əsasını qoyub.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” xəbər yayıb.

Söhbət britaniyalı dizayner Qreys Hanın eyniadlı brendinin çantasından gedir. Aksesuar  “Love Letter” (“Sevgi məktubu”) kolleksiyasına daxildir.

Hanın sözlərinə görə, hersoqiniyanın bu çıxışından sonra şirkətin satışları kəskin şəkildə artıb.

“Biz çox qısa müddətdə onlarla “Love Letter” çantası satdıq, satış həcmi isə  2020-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb”,- deyə dizayner təəccübünü bildirib.

O da vurğulanır ki, Middlton sözügedən çanta ilə bir neçə dəfə görünüb.(oxu.az)

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO