Özbəkistan prezidenti Şavkat Mirziyoyev BMT Baş Assambleyasının plenar sessiyasında çıxış edəcəyi Nyu-Yorka gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə ölkə başçısının saytında məlumat verilib.
Məlumatda bildirilir ki, Mirziyoyev sentyabrın 19-da BMT Baş Assambleyasının plenar sessiyasının ümumi müzakirələrində məruzə ilə çıxış edəcək və regional və qlobal gündəliyin aktual problemlərinə dair baxışını təqdim edəcək.
Aydındır ki, beynəlxalq siyasi tədbir çərçivəsində həmçinin Mərkəzi Asiya ölkələri və ABŞ liderlərinin sammiti, xarici dövlətlərin başçıları, nüfuzlu beynəlxalq təşkilatların və Amerikanın aparıcı şirkətlərinin rəhbərləri ilə bir sıra ikitərəfli görüşlər keçiriləcək.
Bundan əvvəl dövlət başçısının mətbuat katibi Şerzod Əsədov bildirib ki, Mirziyoyev sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının 78-ci sessiyasında şəxsən iştirak etmək niyyətindədir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:50 / 17.09.2023
Özbəkistan prezidenti BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək
Hazırda oxunan: Özbəkistan prezidenti BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək
Hazırda oxunan: Özbəkistan prezidenti BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək
155571
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.