Ukrayna qoşunları qərbi Zaporojye bölgəsinə doğru irəliləyib və Rusiya xəttlərinə nüfuz etməyə davam ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (ISW) hesabatında deyilir.
Sentyabrın 16-da yayımlanan geolokasiya görüntüləri Ukrayna qoşunlarının Rabotinodan qərbə, eləcə də Verbovoydan qərbə doğru Rusiyanın müdafiə mövqeləri boyunca irəlilədiyini göstərir.
“Rusiyanın bu müdafiə mövqelərində Ukraynanın olması onu göstərir ki, Rusiya qüvvələri bu mövqelərə nəzarət etmir və Ukrayna qüvvələri Verbovoydan şimal-qərbdən və Sladkaya Balkanın şimalından keçən Rusiya müdafiə xəttini keçməyə davam edir”, - deyə ISW qeyd edir.
Analitiklər yazır ki, Ukrayna qüvvələri çox güman ki, son bir neçə həftə ərzində Rabotino bölgəsindəki hazırkı Rusiya müdafiə xəttinin bir hissəsində əhəmiyyətli taktiki irəliləyiş əldə edib və onu genişləndirməkdə davam edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:10 / 17.09.2023
Ukrayna ordusu cənubda irəliləyir
Hazırda oxunan: Ukrayna ordusu cənubda irəliləyir
Hazırda oxunan: Ukrayna ordusu cənubda irəliləyir
155565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.