Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin Quylin şəhərində olarkən Litszyan çayında qayıqla gəzintiyə çıxıb.
Bizim.Media "RiaNovosti"-yə istinadən xəbər verir ki, gəzinti zamanı onun taxdığı maska diqqət çəkib.
MÖVZU İLƏ BAĞLI:
Lavrov Çinə səfərə gəmi ilə getdi - VİDEO
Belə ki, jurnalistlərin ad günündə ona hədiyyə etdikləri, üzərində "FCKNG QRNTN" (Cəhənnəm olsun karantin) yazılmış maska ilə fotokameralara poz verib.
Çayda gəzintidən sonra Lavrov Çinin XİN başçısı Van İ ilə görüşüb. Məlumata görə danışıqlar sabah da davam etdiriləcək.
Həmçinin, Çindən sonra rusiyalı nazir Cənubi Koreyaya səfər edəcək.
Maska təkcə Lavrovun deyil həmçinin "Rossiya Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovun da xoşuna gəlib. O, bu haqda şəxsi teleqram kanalında paylaşım edib:
"COVID-lə Qərbdən daha yaxşı mübarizə aparan ölkənin naziri Rusiyanı öyrədənlərə "Cəhənnəm olsun karantin" maskası ilə salam göndərir. Sizi dəyənəkləri ilə sığallayan, brandspoytla çimizdirən polisdən əziyyət çəkincə "Sputnik-V" vurdurun", - deyə, o paylaşımında qeyd edib.
Bizim.Media