Türkiyədə koronavirusun yeni variantı AŞKARLANDI 

Türkiyədə koronavirusun yeni variantı AŞKARLANDI 

Hazırda oxunan: Türkiyədə koronavirusun yeni variantı AŞKARLANDI 

155304

Türkiyədə 9 nəfərdə "COVID"19-un variantlarından olan omikronun mutasiyaya uğramış “EG.5.1.” “Eris” virusu aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. 

O bildirib ki, "Eris" variantı xaricdə əlaqələri olan insanlarda aşkar edilib. 

Qeyd edək ki, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantı ("Eris") qeydə alınıb. Bu, omikron ştammının yeni versiyasıdır. Artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir.
Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-19-a qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO