BMT-nin Baş katibindən dünya liderlərinə ÇAĞIRIŞ:

BMT-nin Baş katibindən dünya liderlərinə ÇAĞIRIŞ: "Mövqe tutmayın"

Hazırda oxunan: BMT-nin Baş katibindən dünya liderlərinə ÇAĞIRIŞ: "Mövqe tutmayın"

155086

“Dünya liderlərinin real, praktiki qərarlar qəbul etmək üçün bir araya gəlməsinin vaxtıdır”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib.

Onun sözlərinə görə, indi mövqe tutmaq, laqeydlik və ya qərarsızlıq vaxtı deyil:

“Siyasət, diplomatiya və effektiv liderlik kompromisdən ibarətdir. Dünya liderlərinin ümumi rifah üçün ortaq gələcəyin dizaynında kompromis əldə etmək üçün xüsusi məsuliyyəti var. Buna da gələn həftə Nyu-Yorkda başlamalıyıq”.

Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası sentyabrın 19-da Nyu-York şəhərində, BMT-nin mənzil qərargahında öz işinə başlayacaq.

Həmin gün BMT Baş Assambleyasının hazırkı rəhbəri, macarıstanlı diplomat Çaba Korosi 77-cı sessiyaya yekun vuracaq. BMT Baş Assambleyasının yeni sessiyasına Trinidad və Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Denis Fransis rəhbərlik edəcək.

BMT-yə üzv olan 193 ölkədən dövlət və hökumət nümayəndələrinin qatılacağı yüksək səviyyəli həftəyə ənənəvi olaraq sentyabrın 20-də start veriləcək.

Həftədə Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Həftə ərzində Davamlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin sürətləndirilməsi, iqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq və yeraltı su mənbələrinin tükənməsi, dünyadakı qida çatışmazlığı, enerji böhranı və digər aktual məsələləri müzakirə olunacaq.

BMT Baş Assambleyasının 78-ci yüksək səviyyəli həftəsi ənənəvi olaraq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaqdır. Ondan sonra ABŞ prezidenti Cozef Bayden söz alacaq.
Bayden bu il BMT Baş Assambleyasına qatılacaq “Böyük beşlik” liderlərindən yeganə olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO