Ali Rada təsdiq etdi: Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziridir

Ali Rada təsdiq etdi: Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziridir

Hazırda oxunan: Ali Rada təsdiq etdi: Rüstəm Umerov Ukraynanın yeni müdafiə naziridir

153923

Ukrayna Ali Radası Oleksiy Reznikovun yerinə Rüstəm Umerovu yeni müdafiə naziri təyin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib.

Qeyd edək ki, bu qərarı 338 xalq deputatı dəstəkləyib.

Xatırladaq ki, Rüstəm Enveroviç Umerov 2022-ci il sentyabrın 7-dən Ukraynanın Dövlət Əmlak Fondunun rəhbəri vəzifəsində çalışıb. O, 2019-2022-cu illərdə Ali Radanın deputatı olub. 
Rüstəm Umerov 19 aprel 1982-ci ildə Səmərqənddə (Özbəkistan) mühacir ailəsində doğulub. Ancaq söykökü Aluştadandır (Krım, Ukrayna). Etnik Krım tatarı və müsəlmandır. 

Krım tatar xalqının lideri Mustafa Cemilevin müşaviri olub.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO