Rusiya ordusu gecə saatlarında Ukraynanın Odessa vilayətinin cənubuna, xüsusilə Kiliya və İzmail rayonlarına 17 pilotsuz təyyarələrlə zərbə endirib. Nəticədə mülki infrastrukturlara zərər dəyib.
Bizim.Media Ukrayna Cənub Müdafiə Qüvvələrinə istinadən xəbər verir ki, İzmail rayonunun bir neçə yaşayış məntəqəsində anbar və sənaye binaları, sənaye müəssisələrinin kənd təsərrüfatı texnikası və avadanlıqları sıradan çıxıb.
Həmçinin mülki obyektlərin ərazilərində bir neçə yanğın hadisəsi baş verib.
Odessa vilayətinin rəhbəri Oleq Kiperin sözlərinə görə, bütün müvafiq xidmətlər hadisə yerində çalışır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:14 / 04.09.2023
Rus ordusu Odessaya zərbə endirdi - FOTO
Hazırda oxunan: Rus ordusu Odessaya zərbə endirdi - FOTO
Hazırda oxunan: Rus ordusu Odessaya zərbə endirdi - FOTO
153521
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.