Zaxarovadan Ukraynaya XƏBƏRDARLIQ: ”Cəzasız qalmayacaq” - VİDEO

Zaxarovadan Ukraynaya XƏBƏRDARLIQ: ”Cəzasız qalmayacaq” - VİDEO

Hazırda oxunan: Zaxarovadan Ukraynaya XƏBƏRDARLIQ: ”Cəzasız qalmayacaq” - VİDEO

152928

"Ukraynanın Rusiya ərazisinə hücumları cəzasız qalmayacaq". 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxışı zamanı deyib. 

O bildirib ki, Kiyev Qərbin dəstəyi ilə kasetli sursatlardan istifadə etməklə Rusiyanın regionlarındakı mülki hədəfləri atəşə tutmaqda davam edir.  

"Ukraynanın ötən gecə Rusiya bölgələrindəki obyektlərə hücumu Kiyev rejiminin terrorçu xarakterini təsdiqləyir" - Zaxarova qeyd edib. 
Qeyd edək ki, Ukrayna son günlər Rusiya ərazisinə zərbələr endirir. Ukrayna bu gecə Rusiya ərazisində indiyə qədərki ən güclü PUA hücumunu həyata keçirib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO