Min bir dərdin dərmanı olan qulançar Azərbaycanda geniş yayılmış bitki növüdür. Qulançar bitkisinin digər adı mərəçüyüddür. Bu bitki bir sıra xəstəliklərin müalicəsində geniş şəkildə istifadə olunur. Və çox gözəl də fayda verir.
Qulançar təkcə ölkəmizdə yox, bütün dünyada sağlamlıq üçün faydalarına görə nadir bitkilərdən hesab edilir.
MÖVZU İLƏ BAĞLI:
Ətdən baha satılan “Qulançar”ın inanılmaz FAYDALARI - FOTO
Hələ qədim Misirdə qulançar bitkisi “hökmdarların məhsulu” adlandırılıb. Bu bitki Misir fironlarının qida rasionunda geniş yer tuturdu. Qulançar təkcə immun sistemi gücləndirmir, həm də cinsi həvəsi möcüzəvi şəkildə artırır.
Kilsədə keşişlərə qulançar qadağası
Təsadüfi deyil ki, kilsələrdə çalışanların qulançardan istifadəsinə qadağa qoyulub. Çünki, kilsədə çalışanlar əsasən daima subay qalan insanlar olur. Və kilsə əməkdaşlarına cinsi əlaqədə olmaq qadağandır. Xristianlıqda belə bir fikir var ki, keşiş və digər kilsə əməkdaşları özlərini ibadətə və Allaha təslim etdikləri üçün onlar evlənə bilməz.
Evlənməsi yasaq olan kilsə əməkdaşları isə heç zaman heç kimlə cinsi əlaqədə ola bilməz. Lakin, yüz illər boyu bu tələb heç vaxt yerinə yetirilməyib. Hazırda keşişlər arasında uşaqlara qarşı zorakılıq və homeseksuallıq geniş yayılıb.
Keşişlərə evlənmək qadağası Vatikan tərəfindən ilk dəfə Xl əsrdə qoyulub. Guya ki, uşaqları olmayan ruhanilər öz sərvətlərini kilsəyə və imkansız adamlara daha həvəslə xərcləyə bilərdilər.
Bundan başqa xristianlıqda qadın şeytana bərabər tutulur. Onların təbirincə insan tək Allahı sevməli və ona sadiq qalmalıdır. Qadınsa kişiləri yoldan çıxartmaqla Allaha sevgini azaldır. Ona görə də keşişlərin evlənməsi qadağan edilib. Lakin, keşişlər öz təbii ehtiraslarını ödəmək üçün müxtəlif yollara əl atır. O cümlədən kilsəyə gələn qadınlara və azyaşlı uşaqlara cinsi zorakılıq tətbiq edirlər.
Vatikan zaman-zaman bu cür zorakılıqların və biabırçılıqların qarşısını almaq üçün müxtəlif üsullara əl atıb. Onlardan biri də kilsə işçilərinə qulançardan istifadənin qadağan olunmasıdır. Çünki, qulançar digər möcüzəvi faydaları ilə yanaşı cinsi istəyi kəskin şəkildə yüksəldir.
Papa Fransisk qadağaları aradan qaldırmaq istəyir
Katolik Kilsəsinin min illik subaylıq təcrübəsini nəzərdən keçirməyə açıq olduğunu söyləyən Vatikan rəhbəri qulançar və digər qadağaları aradan qaldırmaq istəyir. Papa Fransisk ötənlərdə qadağanın yalnız "müvəqqəti" olduğunu və bir keşişin evlənməsi üçün "heç bir ziddiyyət" olmadığını söyləyib:
“Kahinin evlənməsində heç bir ziddiyyət yoxdur. Qərb kilsəsində subaylıq müvəqqəti bir reseptdir. Bu, kahin təyinatı kimi əbədi deyil, istəsən də, istəməsən də əbədidir. Digər tərəfdən, subaylıq bir nizam-intizamdır”.
Vatikan rəhbərliyini mövcud qadağaları aradan qaldırmağa vadar edən edən əsas məsələ maliyyə məsələsidir.
Məlum olduğu kimi hər il cinsi zorakılığa görə kilsələrə yüzlərlə məhkəmə iddiası irəli sürülür. Və yekunda kilsələr məhkəmə qərarı ilə hər il iddiaçılara yüz milyonlarla dollar kompensasiya ödəmək məcburiyyətində qalırlar. Bu ödənişlərsə Vatikanın gəlirlərini xeyli azaldır. Ona görə də bu gedişlə yaxın gələcəkdə keşişlər yəqin ki, qulançardan sərbəst şəkildə istifadə edə biləcəklər.
Surxay Atakişiyev, Bizim.Media