Ukrayna kəşfiyyatçıları Krıma daxil oldular - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO

Ukrayna kəşfiyyatçıları Krıma daxil oldular - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO

Hazırda oxunan: Ukrayna kəşfiyyatçıları Krıma daxil oldular - XÜSUSİ ƏMƏLİYYAT - VİDEO

152163

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bölmələri bu gün  Krımın Tarxankut burnunda xüsusi əməliyyat keçiriblər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı departamentin nümayəndəsi Andrey Yusov yayıb.

Onun sözlərinə görə, xüsusi əməliyyat Ukrayna donanması ilə əməkdaşlıq çərçivəsində keçirilib, kəşfiyyatçılar artıq bütün tapşırıqları yerinə yetiriblər və şəxsi heyət arasında itki yoxdur:

"Olenevka qəsəbəsində 3-cü radiotexnika alayının bazası, "Nebo-M" və "Kasta-2E2" radar stansiyaları yerləşir. Ötən gün orada Rusiyanın hava hücumundan müdafiə sistemi də məhv edilib".

Rusiya mənbələri bildirir ki, səhər saat 3:50-də Tarxankut burnu yaxınlığında qayıqlarda olan silahlı şəxslər ilkin olaraq tank əleyhinə əl qumbarasından atəş açıblar.

Səslər Olenevka qəsəbəsindəki düşərgənin qonaqları tərəfindən eşidilib. Onlar sahilə gediblər və sahildən bir qədər aralıda 10 nəfərin olduğu iki rezin qayıq görüblər.

İddia edilir ki, onlar düşərgəyə atəş açıblar, sonra isə qayıqlara minərək uzaqlaşıblar.

Rusiya resursları isə hərbi obyektlərə hücum barədə məlumat verməyib.
 

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO