Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Tver vilayətində qəzaya uğrayan “Embraer” təyyarəsinin göyərtəsində olan bütün sərnişinlərin və ekipaj üzvlərinin adlarını açıqlayıb.
Bizim.Media xəbər verir ki, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevqeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin olduğu təyyarədə Sergey Propustin, Yevqeni Makaryan, Aleksandr Totmin, Valeri Çekalov, Nikolay Matyuseev də olub.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Priqojinin təyyarəsi qəzaya uğradı, özü də sərnişinlər arasındadır - VİDEO
Vurğulanıb ki, “Embraer-135” (EBM-135BJ) təyyarəsinin uçuşu hava məkanından istifadə üçün müəyyən edilmiş qaydada verilmiş icazə əsasında həyata keçirilib.
Qeyd edək ki, qəza nəticəsində 3 nəfər heyət üzvü (Aleksey Levşin Embraer "Embraer Legacy Legacy 600" təyyarəsinin komandiri, Rüstəm Kərimov ikinci pilotu, Kristina Raspopova (39 yaş) təyyarə bələdçisidir) və 7 sərnişin həlak olub.
Priqojinin təyyarəsində həlak olanlardan biri Makaryan Yevgeni Vardanoviç Ukraynanın “Sülhməramlı” saytının axtarış bazasında olub.
Qeyd edək ki, internet saytı 2014-cü ilin avqustunda həmin vaxt Ukrayna daxili işlər nazirinin ştatdankənar müşaviri olan Anton Geraşenkonun təşəbbüsü ilə yaradılıb.
Saytda Ukraynanın milli təhlükəsizliyinə təhdid yaradan qeyri-qanuni yollarla və açıq mənbələrdən kəşfiyyat məlumatları vasitəsilə toplanan insanların şəxsi məlumatları var.
Məlumat bazası göstərir ki, Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqədə olan Makaryan Vaqner özəl hərbi təşkilatının yaraqlısı olub.
Bizim.Media