Türkiyənin Elazığ bölgəsində yerləşən tarixi Harput qalasında arxeoloqlar aparılan qazıntılar zamanı 1000 illik tarixi olan saray mətbəxi aşkarlayıblar.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə qazıntı işlərinin rəhbəri İsmayıl Aytaç məlumat verib.
O bildirib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan qalanın Sarayönü adlanan hissəsində aparılan qazıntılar nəticəsində dövrün qala idarəçiləri və dövlət adamları üçün yemək və çörək bişirildiyi təxmin edilən mətbəx bölməsi, həmin dövrlərdə istifadə edilən mancanaq mərmisi tapılıb:
"Harput qalasının mətbəx hissəsinin təxminən 1000 il yaşı olduğunu təxmin edirik. Burada son Bizansdan Osmanlıya qədər olan dövrə aid qab-qacaq və başqa tapıntılar aşkarladıq. Bu mətbəxin 1860-cı illərə qədər fəaliyyət göstərdiyini təxmin edirik. İndiyədək 8 təndir aşkar etmişik. Tapıntılar arasında xırda və iribuynuzlu heyvan sümükləri də var".
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:43 / 24.08.2023
Türkiyədə 1000 illik tarixi olan saray mətbəxi AŞKARLANIB - FOTO
Hazırda oxunan: Türkiyədə 1000 illik tarixi olan saray mətbəxi AŞKARLANIB - FOTO
Hazırda oxunan: Türkiyədə 1000 illik tarixi olan saray mətbəxi AŞKARLANIB - FOTO
152106
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.