Moskvaya yenidən PUA hücumu oldu - Hava limanları bağlandı - VİDEO

Moskvaya yenidən PUA hücumu oldu - Hava limanları bağlandı - VİDEO

Hazırda oxunan: Moskvaya yenidən PUA hücumu oldu - Hava limanları bağlandı - VİDEO

151985

Rusiyanın paytaxtı Moskva yenidən PUA-ların hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.

Mənbə qeyd edir ki, Moskva sakinləri təcili yardım xidmətlərinə şəhərin müxtəlif yerlərində partlayışlar barədə məlumat verirlər.

"Xüsusən, Moskva şəhəri ərazisində, Vorotinskaya, Anqarskaya küçələrində, həmçinin Ximkidə və Mitinoda partlayışlar barədə məlumatlar var", - agentliyin həmsöhbəti deyib.

Paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.

“PUA-nın Moskva vilayətinə çatmasından sonra zərərçəkən olmayıb, operativ xidmətlər hadisə yerinə gedib”, - deyə mer bildirib.

"Moskva hava limanları təyyarələrin qəbulu və göndərilməsi üçün müvəqqəti bağlanıb", - mənbə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO