Rusiyalı oliqarx gözəl aktrisaya

Rusiyalı oliqarx gözəl aktrisaya "Maybach” bağışladı – KİMLİYİ AÇIQLANMIR

Hazırda oxunan: Rusiyalı oliqarx gözəl aktrisaya "Maybach” bağışladı – KİMLİYİ AÇIQLANMIR

15129

Rusiyanın tanınmış aktrisası Aqata Muçeniyeçenin şəxsi həyatı ikinci həftədir ki, pərəstişkarları tərəfindən təqib olunur. Bir çoxları aktrisanın nəhayət kimisə sevdiyinə inanır, çünki Muçeniyeçe və Priluçnının boşanmalarından altı aydan çox vaxt keçib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “starhit.ru” saytı yayıb.

Mənbə yazır ki, Aqata “Birinci Kanal”da yayımlanan "Səs. Uşaqlar" layihəsində çalışır, buna görə bəzi televiziya həmkarları onun şəxsi həyatındakı dəyişikliklərdən xəbərdardırlar. 

Belə ki, aparıcı Aleksey Şaranin Muçeniyeçenin zəngin bir sevgiliyə sahib olduğunu iddia edir:

“Bu məşhur bir oliqarxdır. Bu yaxınlarda Aqataya 10 milyon rubla bir “Maybach” hədiyyə etdi.

Bu da əlbəttə Aqatanın həmkarlarının həsədinə səbəb olur. Parlaq bir qızdır, Pavel ilə boşandıqdan sonra karyerası yüksəlişə doğru gedir. Bu avtomobili özü üçün asanlıqla ala bilərdi, çünki yaxşı qazanır, amma sonda sevdiyi kişi onu qabaqladı”.

Aparıcı oliqarxın kimliyi haqda informasiya verməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO