Ermənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKT

Ermənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKT

Hazırda oxunan: Ermənistan Rusiyanı mina ilə təmin edir - FOTOFAKT

151214

Ukraynanın Rusiya işğalından azad edilən ərazilərində minatəmizləmə işləri zamanı Ermənistan istehsalı olan “E-001” piyada əleyhinə minalar tapılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko özünün teleqram kanalında yazıb. 

“Bunun erməni minası olduğuna şübhə ola bilməz, mən şəxsən onları Qarabağda görmüşəm. Qeyd edim ki, əvvəllər Ermənistanın Rusiya ordusuna belə minaları verməsi haqqında məlumat yox idi. Amma hələlik tələsik nəticələr çıxarmazdım.

İndiki mərhələdə bu minalardan nə qədərinin rus işğalçıları tərəfindən istifadə edildiyini və ümumiyyətlə onları necə əldə etdiklərini söyləmək çətindir. Çatdırılma yalnız qaçaqmalçılıq yolu ilə ola bilər.

Müvəqqəti olaraq işğal olunmuş Krımda erməni diasporunun nümayəndələri ruslarla sıx əməkdaşlıq edir. Krım Könüllülər Birliyinin rəhbəri Armen (Samvel) Martoyan 44 günlük müharibə zamanı hətta Qarabağda olub və döyüşə könüllülər göndərib” - deyə Kovalenko bildirib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO