Komi Respublikasının keçmiş naziri ABŞ-dan siyasi sığınacaq istədi - VİDEO

Komi Respublikasının keçmiş naziri ABŞ-dan siyasi sığınacaq istədi - VİDEO

Hazırda oxunan: Komi Respublikasının keçmiş naziri ABŞ-dan siyasi sığınacaq istədi - VİDEO

151045

Rusiya Federasiyası Komi Respublikasının keçmiş kənd təsərrüfatı naziri Denis Şaronov ABŞ-dan siyasi sığınacaq istəyib.

Bizim.Media xatırladır ki, Şaronov 2022-ci ilin yanvarında nazir postunu tərk edib, həmin ilin oktyabrında çağırış vərəqəsi alıb, bundan sonra ABŞ-a köçüb və siyasi sığınacaq istəyib.

İndi eks-nazir ABŞ-da yük maşını sürücüsü işləyir, gələcəkdə kənd təsərrüfatı sahəsinə qayıtmaq niyyətindədir.

Denis Şaronovun sözlərinə görə, o, iki dəfə vətənində cinayət məsuliyyətinə cəlb edilib, lakin məhkəmə ona bəraət verib. O, qubernator Uiba ilə münaqişəyə görə 2022-ci ilin yanvarında nazir vəzifəsindən azad edilib.

Şaronov ABŞ-a getməyə qərar verib, çünki bu ölkədən heç kəs Rusiyaya ekstradisiya edilmir.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO