Türkiyənin "Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış ilk zond raketi uğurla havaya buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə video görüntülər Türkiyə Müdafiə Sənayesi Nazirliyinin rəsmi “Twitter” (indiki “X”) hesabında paylaşım edilib.
Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb:
“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”.
SSB: “Ülkemizin uzaya erişim çalışmaları kapsamında ileri mühendislik teknolojilerimizle geliştirilen sonda roketimiz, İğneada’dan başarıyla fırlatıldı.”pic.twitter.com/e8ZwUTk9As
— SavunmaSanayiST.com (@SavunmaSanayiST) August 12, 2023
Bizim.Media