Peyvənd olunanlara karantin qadağaları tətbiq edilməyəcək

Peyvənd olunanlara karantin qadağaları tətbiq edilməyəcək

Hazırda oxunan: Peyvənd olunanlara karantin qadağaları tətbiq edilməyəcək

15037

Türkiyə Səhiyyə Nazirliyi koronavirus infeksiyasına nəzarət üzrə təlimatlara dəyişikliklər edib.
Nazirliyin təyin etdiyi qaydalara əsasən, ölkədə koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul edən şəxslərə karantin tətbiq olunmayacaq.

Vaksinin hər iki dozası ilə peyvəndlənmiş şəxslər digər xəstələrlə təmasda olsalar belə, karantin zəruri sayılmayacaq.

Amma bu qayda koronavirusun CAR və Braziliya variantlarına yoluxmuş şəxslərə şamil olunmayacaq.

Bundan başqa, koronavirusa yoluxub sağalmış şəxslərin növbəti 3 ay ərzində karantində qalması zəruri hesab olunmur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO