Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir

Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir

Hazırda oxunan: Türkiyə vətəndaşları Nigerdən təxliyə edilir

150102

İyul ayının  26-da Nigerdə baş verən hərbi çevrilişlə əlaqədar Türkiyə vətəndaşlarını bu ölkədən təxliyə etməyə başlayıb. 

Bizim.Media “TRTHaber”-ə istinadən məlumat verir ki,  Türk Hava yolları ölkə paytaxtı Niamey Beynəlxalq Diori Hamani Hava limanından çoxu Türkiyə vətəndaşı olmaqla 233 nəfəri təxliyə edib.

Qeyd edək ki, Türkiyənin səfirliyi, müxtəlif qurumları, Türkiyə-Niger Dostluq Xəstəxanası şəxsi heyəti, ölkədə fəaliyyət göstərən Türk şirkətlərinin Türkiyə vətəndaşı olan məsul şəxslər Nigerdə qalaraq işlərini davam etdirirlər.

Türkiyənin Niameydəki səfirliyi açıqlamasında bildirib ki,  Beynəlxalq Diori Hamani Hava Limanından  İstanbula gedən 635 sərnişinin əksəriyyəti Türkiyə vətəndaşlarıdır.

Bu Türkiyə vətəndaşlarının evakuasiyası demək deyil, sadəcə olaraq ölkədə müvəqqəti olan və Türkiyəyə qayıtmaq ehtiyacı olan vətəndaşlara  verilən fürsətdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO