İranla ərəb ölkələri arasında GƏRGİNLİK – “Hüquqlarımızın pozulmasına DÖZMƏYƏCƏYİK” 

İranla ərəb ölkələri arasında GƏRGİNLİK – “Hüquqlarımızın pozulmasına DÖZMƏYƏCƏYİK” 

Hazırda oxunan: İranla ərəb ölkələri arasında GƏRGİNLİK – “Hüquqlarımızın pozulmasına DÖZMƏYƏCƏYİK” 

149477

Səudiyyə Ərəbistanı və Küveyt: “Əl-Dərə qaz yatağının yeganə hüququ bizə məxsusdur” 

Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə “Deutsche Welle” nəşri məlumat yayıb. 

Bildirilib ki, Əl-Dərə qaz yatağı ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda Səudiyyə Ərəbistanı və Küveyt birgə bəyanatında bu yatağın istismar hüququnun yalnız onlara məxsus olduğunu bildirlər. İranın neft naziri Cavad Ouci isə bu bəyanatın qarşısında qeyd edib:

“İran öz hüquqlarının pozulmasına dözməyəcək”. 

Sözügedən 2 ölkə Fars körfəzində dəniz sərhədlərinin müəyyən edilməsi ilə bağlı danışıqlar aparmaq üçün İran rəsmilərini dəvət edib. 

Qeyd edək ki, İran və Küveyt ötən illərdə dəniz sərhədləri ilə bağlı müzakirələr aparıblar, lakin hər iki ölkə ortaq bir nəticə əldə edə bilməyib. Yaxın günlərdə Səudiyyə Ərəbistanının da dəvətinə baxmayaraq, İranın neft naziri bunu təhdidlə cavablayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO