Rusiyanın Bryansk vilayətinin Trubçevsk şəhərində polis idarəsində partlayış baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Mənbə yazır ki, binaya pilotsuz uçuş aparatı (PUA) çırpılıb.
“Binanın damı zədələnib, altı pəncərə sınıb”, – deyə nəşr qeyd edib.
Kanal vurğulayır ki, ölən və xəsarət alan olmayıb. Hazırda binanın ətrafındakı yollar bağlanıb, hadisə yerində əməliyyat qrupu işləyir.
Bizim.Media