Rus ordusu Ukraynanın cənubunda təchizat, maddi-texniki təminat və rotasiya ilə bağlı problemlər yaşayır.
Bizim.Media xəbər verir ki, bu qənaətə ABŞ-ın Müharibə Tədqiqat İnstitutunun analitikləri gəliblər.
Mənbə yazır ki, bu, əsgərlərin döyüşməkdən imtina etməsinə və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təslim olmasına gətirib çıxarır.
Qeyd edək ki, Rusiya Federasiyasının Zaporojye istiqamətində 58-ci birləşmiş silahlı ordusunun komandanı general-mayor İvan Popov vəzifəsindən azad edilməzdən öncə problemlə bağlı şikayət etmişdi.
Nəşr qeyd edir ki, bu yaxınlarda Popovun vəzifəsindən azad edilməsi və onun qeyd etdiyi problemlər Rusiyanın Ukraynanın cənubundakı hərbi əməliyyatlarına ciddi təsir edir.
Kremlə bağlı olan məşhur rusiyalı bloger deyib ki, Ukrayna ordusunun əks-hücumları fonunda Rusiya qüvvələri gücdən düşüblər.
O, həmçinin qeyd edib ki, Rusiya hərbi komandanlığı Popovun işdən çıxarılmazdan əvvəl dediyi problemi həll etməyib.
Bəzi rusiyalı "hərbi müxbirlər" yazıblar ki, Zaporojye istiqamətində rusiyalı döyüşçülər Ukrayna hərbçilərinə təslim olublar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:46 / 19.07.2023
Rus əsgərləri döyüşdən imtina edirlər - SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Rus əsgərləri döyüşdən imtina edirlər - SƏBƏBİ AÇIQLANDI
Hazırda oxunan: Rus əsgərləri döyüşdən imtina edirlər - SƏBƏBİ AÇIQLANDI
146952
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.