Belarus Rusiyanın əyalətlərindən biridir - Litva prezidentindən MÜHÜM AÇIQLAMA

Belarus Rusiyanın əyalətlərindən biridir - Litva prezidentindən MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Belarus Rusiyanın əyalətlərindən biridir - Litva prezidentindən MÜHÜM AÇIQLAMA

145682

Belarus Rusiyanın əyalətlərindən biridir.

Bizim.Media "Nastoyaşeye vremya" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Vilnüsdə NATO sammitinin açılışından əvvəl Litva Prezidenti Gitanas Nauseda səsləndirib.

Onun sözlərinə görə, təhlükəsizlik məsələsində bu, (Belarusun Rusiyanın əyaləti olması) əlavə faktora çevriib.

O, Alyans üzvlərini bu məsələyə diqqət yetirməyə çağırıb. 

Nauseda Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcında Belarusun oynadığı rolu xatırladıb və həmçinin qeyd edib ki, hazırda Rusiya qoşunları Belarus ərazisində sərbəst fəaliyyət göstərir.

O, həmçinin bildirib ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi planı davam edir. 

Prezident hesab edir ki, Belarus artıq müstəqil ölkə deyil, Rusiyanın əyalətlərindən biridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO