Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - VİDEO

Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - VİDEO

Hazırda oxunan: Azərbaycanlı jurnalisti Rusiyada kim həbs etdirib? - Hadisənin izi ilə - VİDEO

14517

Rusiyalı azərbaycanlı jurnalist, “Az.ru” nəşrinin baş redaktoru Roman Ağayevi Rusiya qanunveriiliyinə görə, 7 il həbs cəzası gözləyir.

Jurnalistin həyat yoldaşı Leyla Məmmədova isə iddia edir ki, ərini sifarişlə həbs ediblər və burada erməni əli var.

Bizim.Media-nın məlumatına görə, həbsə səbəb olan hadisə 2018-ci il oktyabrın 6-da Moskvanın Yekatirina parkında təşkil olunan Nar Bayramında baş verib. Bayram proqramının azərbaycanlılar dərnəyinin rəhbəri Ağadadaş Kərimovun başçılığı altında keçirilməsinə baxmayaraq, tədbirdə bir nəfər də olsa Azərbaycan tərəfindən nümayəndə iştirak etməyib.

Bu, Azərbaycan adına orada olan jurnalistlər Roman Ağayev və Fuad Abbasovun heysiyyətinə toxunub və onlar festivala gələrək təşkilatçıya iradlarını bildiriblər. 
 

Əldə olunan görüntülərdən də göründüyü kimi, Ağadadaş Kərimov özü tədbirdə iştirak edən azərbaycanlı jurnalistləri təhqir edərək, oradan uzaqlaşdırmağa çalışıb. Hətta onları polis və xüsusi təyinatlar qrupunu çağıracağı ilə də hədələyib. 


Hadisədən bir il sonra A.Kərimov erməni diasporasının sifarişi ilə Roman haqqında RF-nın cinayət məcəlləsinin 167-ci maddəsi ( özgəsinin mülkiyyətinə xəsarət yetirmək) ilə cinayət işi açdırıb. O, iddia edib ki, mübahisə zamanı Roman orada olan müşahidə kameralarını sındırıb.

Hadisədən 2 il sonra isə 2020-ci il 20 oktyabr tarixində səhər saat 6-da qəflətən Ağayevin evinə qara maskalı xüsusi təyinatlılar girərək jurnalisti həbs ediblər. 

Tədbirdə iştirak edən digər jurnalist Fuad Abbasov isə 2019-cu ildə Rusiyadan deportasiya edildiyi üçün, onun haqqında cinayət işi başlanmayıb.
 

Roman Ağayev RF-nin cinayət məcəlləsinin 213-cü bəndinin II hissəsinə görə (Bir milləti bütün millətlərdən üstün saymaq, buna görə kriminal əlaqəyə girib münaqişəyə sövq etmək və millətlər arasında ayrı-seçkilik yaratmaq) günahlandırılır. Hazırda onu 7 ilə qədər həbs gözləyir.


Qeyd edək ki, Roman Ağayevin anası belorusdur və o, özü 17 ildir Rusiyada yaşayır.
Moskva Azərbaycanlılar dərnəyinin başçısı A.Kərimov isə təmiz azərbaycanlı olsa da həyat yoldaşı erməni milliyətindəndir və o, qızını da erməniyə ərə verib.  

Araşdırmamız davam edəcək...

Roman Ağayevin həyat yoldaşı Leyla Məmmədovanın jurnalistin həbsi ilə bağlı “Kanal 8”-ə verdiyi müsahibəni təqdim edirik: 

Vüsalə Balayeva, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO