"Xarici təhlükəsizlik sahəsində problemlərimiz hamınıza məlumdur və burada bizim qarşımızda ciddi problemlər var. Eyni zamanda, əminəm ki, hökumətin qəbul etdiyi sülh gündəliyinin alternativi yoxdur, çünki sülh bizim suverenliyimiz və təhlükəsizliyimiz üçün ən etibarlı amildir".
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə yaydığı təbrik mesajında deyib.
"Sülhə nail olmaq üçün bütün qanuni səyləri göstərməliyik. Qarabağda yaşayan etnik ermənilərin hüquq və təhlükəsizliyini təmin etmək üçün müvafiq mexanizmlərin yaradılması və 29,8 min kvadrat kilometr ərazisi olan Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması əsas əhəmiyyət kəsb edir", deyə o, qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:05 / 05.07.2023
"Sülhə nail olmaq üçün bütün səyləri göstərməliyik" - Paşinyan
Hazırda oxunan: "Sülhə nail olmaq üçün bütün səyləri göstərməliyik" - Paşinyan
Hazırda oxunan: "Sülhə nail olmaq üçün bütün səyləri göstərməliyik" - Paşinyan
144622
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.