Roman Abramoviçin keçmiş arvadından xəbər var: Yunan milyarderlə... - FOTO

Roman Abramoviçin keçmiş arvadından xəbər var: Yunan milyarderlə... - FOTO

Hazırda oxunan: Roman Abramoviçin keçmiş arvadından xəbər var: Yunan milyarderlə... - FOTO

14437

Rusiyalı milyarder, hazırda Londonda yaşayan Roman Abramoviçin 39 yaşlı keçmiş arvadı Daşa Jukova oğul dünyaya gətirib və uşağa əri Stavros Niarxosun atasının şərəfinə Filip adını verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Tatler-Batler” Telegram kanalı məlumat yayıb. Filip Daşa Jukovanın 35 yaşlı milyarder, yunan əsilli Stavros Niarxosla ilk ortaq uşaqlarıdır. 

Daşa Jukovanın Abramoviçlə evliliyindən iki övladı var - 11 yaşlı oğlu Aaron-Aleksandr və 7 yaşlı qızı Leya.

Qeyd edək ki, Niarxos və Jukova 2017-ci ildə tanış olublar. Həmin vaxt Jukova Abramoviçlə ayrılmaq ərəfəsində olub.

2020-ci ildə cütlük İsveçrənin Sankt Moritz şəhərində evlənib. Şənliyə Keti Perri, Orlando Blum, Keyt Hudson kimi məşhurlar daxil olmaqla, təxminən 300 qonaq dəvət edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO