Fransa polisindən etirazçılara qarşı SƏRT MÜDAXİLƏ ÇAĞIRIŞI – “Vətəndaş müharibəsi vəziyyətindəyik”

Fransa polisindən etirazçılara qarşı SƏRT MÜDAXİLƏ ÇAĞIRIŞI – “Vətəndaş müharibəsi vəziyyətindəyik”

Hazırda oxunan: Fransa polisindən etirazçılara qarşı SƏRT MÜDAXİLƏ ÇAĞIRIŞI – “Vətəndaş müharibəsi vəziyyətindəyik”

144033

Fransanın bir sıra şəhərlərində polis tərəfindən öldürülən 17 yaşlı yeniyetmənin xatirəsinə keçirilən etirazlar davam edir.      

Bizim.Media xəbər verir ki, Emmanuel Makronun aksiyalar qarşısında sərgilədiyi mövqe Fransada əks-reaksiyalara səbəb olub. 

Belə ki, radikal-sağçı siyasətçi Marion Mareşal aksiyaların qarşısının alınması üçün cavab tədbirlərinin görülməsini tələb edib: 

“Bunu demək çətin olsa da, hazırda vətəndaş müharibəsi vəziyyətindəyik. Ona görə də, dayanmaq vaxtı deyil, cavab tədbirləri görülməlidir. Fransızların maşınlarının yandırılmasına, mağazalarının talan edilməsinə qarşı səbrləri qalmayıb”. 

Fransada polisin, demək olar ki, yarısını təmsil edən Milli Polis İttifaqı və UNSA Polis Həmkarlar İttifaqı isə Fransa prezidenti Emmanuel Makronu etirazlarla bağlı mövqeyini sərtləşdirməyə çağırıb: 

"Bu vəhşi qaragüruhun qarşısında sakitliyə çağırmaq kifayət deyil. Bir çox vətəndaşlarımız kimi, həmkarlarımız da bu zorakı azlıqların təqiblərinə daha dözə bilmirlər. Hökumət də bunu dərk etməli olacaq". 

Xatırladaq ki, Emmanuel Makron aksiyalarla bağlı son açıqlamalarında problemin başlıca səbəbi kimi sosial şəbəkələri ittiham edib. O, valideynlərə yeniyetmələrə daha ciddi nəzarət etmək çağırışı etməklə kifayətlənib. 

Onu da qeyd edək ki, dörd gündür davam edən aksiyalarda saxlanılanların sayı son rəsmi rəqəmlərə görə 1300 nəfəri ötüb. Onların mütləq əksəriyyətini 20 yaşından aşağı gənclər və yeniyetmələr təşkil edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO