Rusiyanın Ermənistandakı səfirliyinin fəaliyyəti iki həftəlik dayandırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə səfirliyin “Facebook” səhifəsində qeyd edilir.
Bildirilir ki, Ermənistandakı epidemioloji vəziyyətlə əlaqədar səfirliyin fəaliyyəti iki həftəlik dayandırılır.
Qeyd edək ki, Ermənistanda son sutka ərzində 2 241 nəfər koronavirusa yoluxub, bununla da virus akşar edilənlərin sayı 82 651 olub.
Bizim.Media