“Silahlı üsyana cəhd zamanı Rusiya hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları insanların təhlükəsizliyini qorumaq üçün səy göstərdilər və ölkəni faktiki olaraq vətəndaş müharibəsindən xilas etdilər”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Onun sözlərinə görə, son hadisələr zamanı Rusiya Federasiyası xüsusi əməliyyat zonasından döyüş hissələrini çıxarmaq məcburiyyətində qalmayıb.
Rusiya Prezidenti Silahlı qüvvələrin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmət orqanlarının bütün şəxsi heyətinə xidmətlərinə, cəsarətlərinə və şücaətlərinə, Rusiya xalqına sədaqətlərinə görə təşəkkür edib.
Bizim.Media