Türkiyənin flaqman gəmisi NATO gəmiləri ilə birgə Odessa limanına daxil oldu – İLK DƏFƏ

Türkiyənin flaqman gəmisi NATO gəmiləri ilə birgə Odessa limanına daxil oldu – İLK DƏFƏ

Hazırda oxunan: Türkiyənin flaqman gəmisi NATO gəmiləri ilə birgə Odessa limanına daxil oldu – İLK DƏFƏ

14325

NATO-nun minaya qarşı fəaliyyət göstərən gəmiləri Odessa limanında lövbər salıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi "Dumskaya.net" internet nəşrinə istinadən yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

“Türkiyə terrorizmə qarşı əsas oyunçudur” - NATO Baş Katibi təsdiqlədi


Mənbə yazır ki, gəmilər dəniz limanına təxminən Bakı vaxtı ilə saat 12:00-da (Moskva vaxtı ilə 12: 00-da) daxil olub.

Bu, NATO gəmilərinin bu il Odessaya ilk girişidir. 

Türkiyənin “A577 TCG Sokullu Mehmet Paşa” təlim gəmisi NATO gəmilərinin flaqmanı olub. 

Heyətə, həmçinin Türkiyənin “M267 TCG Ayvalık (M267)”, İspaniyanın “TSPS Tajo (M36)” və Rumıniyanın “ROS Lt Lupu Dinescu (25)” gəmiləri daxil edilib. Dəstənin komandiri birinci rütbəli kapitan Yusuf Karagüllədür.

Keçən ilin noyabrında ittifaqın baş katibi Jens Stoltenberg NATO-nun Qara dəniz bölgəsindəki mövcudluğunu gücləndirməyin vacibliyini bildirmişdi.

Keçmiş NATO baş katibi Anders Fog Rasmussen daha əvvəl bildirmişdi ki, alyansa qoşulmaq üçün Ukraynanın icrası çox vaxt tələb edəcək bir sıra meyarlara çatması lazımdır.

Mütəxəssislər hesab edirlər ki, Kiyev yaxın 20 ildə quruma üzv olmaq üçün müraciət etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO