NATO-da Türkiyənin əhəmiyyəti böyükdür.
Bizim.Media xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Jens Stoltenberg sələndirib.
MÖVZU İLƏ BAĞLI:
Baş katibdən NATO ölkələrinə çağırış: “Öhdəliyi yerinə yetirin!”
Türkiyənin “Daily Sabah” qəzeti yazır ki, Stoltenberg Kaliforniyadakı Stanford Universitetində təşkil edilən onlayn tədbirdə "Türkiyənin əhəmiyyətini yalnız xəritəyə baxaraq başa düşmək olar" deyib.
Türkiyə prezidentinin rusiyalı həmkarı ilə münasibətləri fonunda Türkiyənin NATO-dan xaric olub-olunmayacağı barədə suala Stoltenberg Türkiyənin qurum üçün "böyük əhəmiyyət daşıdığını" qeyd edib.
NATO rəhbəri Türkiyənin İraq və Suriyaya coğrafi yaxınlığından və terror qruplarına qarşı mübarizədə əldə olunan irəliləyişdən bəhs edib.
Bizim.Media