“Ölkənin parçalanmasına yol verməyəcəyik”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.
O, əhalini Rusiyanın dövlət başçısı Vladimir Putin ətrafında birləşməyə çağırıb:
“İndi xarici və daxili düşmənə qalib gəlmək, dövlətimizi xilas etmək üçün ən vacib şey Prezidentin, ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında birləşməkdir. Vaqner” silahlılarının ehtimal edilən qələbəsi Rusiyanı fəlakətə apara bilər. Qələbə isə Rusiyanın olacaq”.
Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb. Rusiya MN isə bu iddianı təkzib edib.
Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:49 / 24.06.2023
"Rusiyanın parçalanmasına yol verməyəcəyik" - Medvedev
Hazırda oxunan: "Rusiyanın parçalanmasına yol verməyəcəyik" - Medvedev
Hazırda oxunan: "Rusiyanın parçalanmasına yol verməyəcəyik" - Medvedev
143104
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.