Lukaşenko sərmayəçilərə səsləndi: "Banan respublikası kimi bizə gəlməyin"

Hazırda oxunan: Lukaşenko sərmayəçilərə səsləndi: "Banan respublikası kimi bizə gəlməyin"

142770

Sərmayəçilər Belarusa banan respublikası kimi yox, normal, yüksək texnologiyalı, yüksək inkişaf etmiş ölkə kimi gəlməlidirlər. 

Bizim.Media BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Nazirlər Şurasının rəhbərliyi ilə görüşündə deyib.

“İndiki geosiyasi şəraitdə Belarus iqtisadiyyatına Qərb sərmayəçilərinin gəlişinə ümid etmək çətindir. Diqqəti başqalarına yönəldək: Şərqə, Asiyaya, Afrikaya və və sairə”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, bir qəpik ödəməklə xalqın bütün şirəsini sormaq (vergilər ödəməmək, həm də işçilərə 500 dollar vermək) üçün Belarusa gəlməyə ehtiyac yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO