Astanada bankda girov saxlanılan 7 nəfər azad edildi - FOTO-VİDEO

Astanada bankda girov saxlanılan 7 nəfər azad edildi - FOTO-VİDEO

Hazırda oxunan: Astanada bankda girov saxlanılan 7 nəfər azad edildi - FOTO-VİDEO

142031

Qazaxıstanın paytaxtı Astana şəhərində, bankların birində silahlı şəxs 6 qızı və bir mühafizəçini öldürməklə hədələyərək girov götürüb. O, bankın aktivlərinin xeyriyyəçiliyə bağışlanmasını tələb edib.

Bizim.Media xəbər verir ki, polis və xüsusi təyinatlılar binanı mühasirəyə alıb, silahlı şəxslə danışıqlar aparıb.

O, girovlardan birini tutaraq onun başına silah dayayıb. Buna görə təhlükəsizlik qüvvələri binaya hücum edə bilməyib. 

Ancaq sonda hücum başlayıb, girovlar binadan qaçmağa başlayıblar. 

Silahlı şəxsin saxlanıldığı deyilir.

Daxili İşlər Nazirliyi bildirib ki, xüsusi təyinatlı qüvvələr bütün girovları azad edib, bir polis yüngül xəsarət alıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO