Ukrayna əks-hücuma BAŞLADI – Müharibənin taleyi bu istiqamətdə HƏLL OLUNACAQ

Ukrayna əks-hücuma BAŞLADI – Müharibənin taleyi bu istiqamətdə HƏLL OLUNACAQ

Hazırda oxunan: Ukrayna əks-hücuma BAŞLADI – Müharibənin taleyi bu istiqamətdə HƏLL OLUNACAQ

141070

Ukraynanın çoxdandır gözlənilən əks-hücumuna artıq start verilib. Bir neçə gündür ki, Ukrayna ordusu cəbhənin müxtəlif istiqamətlərində əks-hücuma keçib. Bunun nəticəsində Ukrayna tərəfi Donetsk vilayətində 3 yaşayış məntəqəsini azad edib. 

Bu fonda indi əksəriyyəti düşündürən məsələ Ukraynanın əks-hücumunun savaşın gedişini necə dəyişəcəyilə bağlı sualdır.

Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, Ukrayna ordusu bu hücumla Azov dənizinə çıxmağa nail olsa, müharibənin gedişində əsaslı dönüş baş verəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Kaxovka su anbarının dibindən çıxanlar görənləri TƏƏCCÜBLƏNDİRDİ - VİDEO


“Hələ keçən ilin payız aylarından cəbhənin hər iki istiqmaətində irimiqyaslı hərbi əməliyyatların başlanacağı ilə bağlı xeyli anonslar verilirdi. Rusiyadan fərqli olaraq Kiyevi hərbi-texniki və maliyyə baxımdan dəstəkləyən Qərb ölkələri Ukrayna ordusunun hərbi arsenalının gücləndirilməsinə böyük dəstək verib. 

Xüsusən də, Amerika və Almaniya istehsalı olan hərbi texnikanın alınması Ukrayna ordusunun xeyli güclənməsinə rəvac verdi. Belə vəziyyətdə Ukrayna tərəfinin əks-hücuma keçəcəyi gözlənilirdi. May ayında baş verən proseslərin gedişində qısa müddətdə Ukrayna ordusu Rusiyanın əlində olan 5 kəndi işğaldan azad etdi. 

Yaranmış proses belə deməyə əsas verir ki, Ukrayna ordusunun əks-hücumu uğurla davam edəcək. 

Bir il bundan öncəki dövrlə müqayisə etsək, ötən ilin bu zamanı Ukrayna ordusunda mənəvi-psixoloji ruh yüksəkliyi var idisə, bu gün müasir silahlara malik olması sayəsində həmin ordunun döyüş hazırlığı baxımından da üstünlüyünün şahidi oluruq. Ukrayna ordusunun başladığı əks-hücum onun Melitopol istiqamətində Azov dənizinə çıxışına gətirib çıxaracaqsa, müharibənin gedişində Kiyevin xeyrinə mühüm irəliləyişlərə səbəb olacaq. Hadisələrin bu cür inkişafı Rusiyanın hakim elitası daxilində ziddiyyətləri daha da qabardacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO