Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində 27 nəfər itkin düşmüş hesab olunur.
Bizim.Media xəbər verir ki, Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat yayıb.
Məlumata görə, Xerson vilayətində 47 yaşayış məntəqəsi su altında qalıb, onlardan 33-ü Ukraynanın nəzarətində olan ərazidə, 14-ü isə müvəqqəti işğal altında olan ərazidədir.
Ümumilikdə 160-ı uşaq olmaqla, 2 620 nəfər təxliyə edilib. Rusiya tərəfinin açdığı atəşlər nəticəsində 11 ukraynalı yaralanıb, 4 nəfər ölüb.
Nikolayev vilayətində 31 yaşayış məntəqəsi su altında qalıb. 936 nəfər, o cümlədən 167 uşaq təxliyə edilib. 1 nəfər ölüb. Dnepropetrovsk vilayətində 26 yaşayış məntəqəsində 89 mindən çox abunəçi susuz qalıb. İçməli və texniki su təchizatı təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:35 / 10.06.2023
Kaxovka SES-dəki partlayışdan sonra itkin düşənlərin sayı 27-yə çatıb
Hazırda oxunan: Kaxovka SES-dəki partlayışdan sonra itkin düşənlərin sayı 27-yə çatıb
Hazırda oxunan: Kaxovka SES-dəki partlayışdan sonra itkin düşənlərin sayı 27-yə çatıb
140774
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.