Ermənistan təşvişdə: Banklar Rusiya şirkətlərindən ödəniş qəbul etmir

Ermənistan təşvişdə: Banklar Rusiya şirkətlərindən ödəniş qəbul etmir

Hazırda oxunan: Ermənistan təşvişdə: Banklar Rusiya şirkətlərindən ödəniş qəbul etmir

140206

Ermənistan bankları ABŞ sanksiyalarına görə Rusiya şirkətlərindən ödənişləri qəbul etməyi dayandırıb.

Bizim.Media xəbər verir ki, bu barədə ermənilərə məxsus internet resursları yazıb.

Mənbə qeyd edir ki, Ermənistan bankları Rusiyaya elektronika tədarükü üçün hüquqi şəxslərin ödənişini bloklamağa başlayıb. 

Bu siyahıya Rusiyaya verilən prosessorlar, mikrosxemlər, serverlər, telekommunikasiya avadanlıqları və digər elektronika daxildir.

Ermənistandan başqa Qazaxıstan və Honq-Konq bankları da analoji qərarlar qəbul ediblər. Bu, Rusiya ilə əməkdaşlıq edən kredit təşkilatlarını təhdid edən ABŞ sanksiyalarının onuncu paketi ilə bağlıdır.

Hazırda elektronika təchizatçıları məhdudiyyətlərdən yan keçməyə çalışır və digər məhsul kodları altında elektronikanı Rusiyaya idxal etməyi planlaşdırır. Onlar həm də malların ödənilməsi üçün alternativ yollar axtarırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO