“Jerusalem Post”: “Erməni antisemitizmi ciddi problemdir”

“Jerusalem Post”: “Erməni antisemitizmi ciddi problemdir”

Hazırda oxunan: “Jerusalem Post”: “Erməni antisemitizmi ciddi problemdir”

1398

Bizim.Media İsrailin “Yerusəlim Post” qəzetinə istinadən məlumat verir ki, qəzetdə Azərbaycanda və Ermənistanda yəhudilərə qarşı münasibət haqqında məqalə yayımlanıb. Roman Quryeviçin müəllifliyində yayımlanan “Azərbaycanda yəhudi olmaq və Ermənistanda yəhudi olmaq” adlı məqalədə müəllif Azərbaycanda antisemitizmin mövcud olmadığını qeyd edir.

Uşaqlığının Bakıda keçdiyini bildirən müəllif burada heç kimin yəhudilərə kənar xalq kimi baxmadığını, Bakıda insanların bir-birinin dinlərinə və ənənələrinə hörmət edərək böyüdüyünü bildirir. Bu gün Azərbaycan İsrailin sadiq strateji tərəfdaşı olduğunu qeyd edən müəllif İsrailin inkişafı üçün vacib olan enerji məhsullarını Azərbaycandan aldığını da əlavə edir.

Roman Quryeviç azərbaycanlıların təkcə yəhudilərə qarşı yox, digər xalqlara qarşı da eyni tolerant münasibət göstərdiklərini bildirir. Bu xalqlar içərisində ermənilərin də adlarını çəkir. Müəllif Azərbaycanla bağlı xatirələrini bölüşür və bizi 30 il əvvəlin Bakısına qaytarır:

“Gəlin 30 il əvvəlin Bakısına qayıdaq.. Erməni müəlliflər üçün Azərbaycan Yazıçılar Birliyinin xüsusi erməni şöbəsi var idi. Bakıdakı erməni yazıçılarının erməni dilində öz ədəbi jurnalları çap olunurdu. Bakıda hökumətin dəstəklədiyi böyük bir erməni qəzeti var idi. Erməni dilində dərsləri olan ali təhsil müəssisəsi var idi və Azərbaycanda erməni məktəbləri var idi. SSRİ-nin 1989-cu il siyahıya alınmasına görə, o dövrdə Azərbaycanda 390.000 erməni var idi”,- deyə Roman qeyd edir.



Onun fikrincə, insanlar ədalətsiz davrandıqlarını hiss etdikləri yerdə yaşamırlar. Bakıda və Azərbaycanda yaşayan ermənilər getmək və heç kimlə döyüşmək niyyətində deyildilər. Lakin Ermənistandakı azərbaycanlılar kütləvi deportasiya olunur, öz yurd-yuvalarından qovulurdular.

Müəllif, eyni zamanda bu gün Ermənistanda yəhudilərə qarşı münasibət haqqında da fikirlərini qeyd edir. Nyu-Yorkdakı “Yəhudi Səsi”ndən Fern Sidmanın müəllifi olduğu “Erməni antisemitizmi yenidən çirkin başını qaldırır” adlı məqaləyə müraciət edir.

Həmin məqaləyə əsaslanan müəllif Pyu Tədqiqat Mərkəzi tərəfindən yayımlanan məlumatlarda ermənilərin Mərkəzi və Şərqi Avropadakı 18 ölkə arasında yəhudilərə qarşı ən az tolerant olduğunun göstərildiyini qeyd edir. Erməni sorğu iştirakçılarının  32%-i yəhudiləri öz vətəndaşı kimi qəbul etməkdən imtina etdiklərini bildirir.

Diffamasiya Əleyhinə Liqanın müəyyən etdiyi Antisemitizm İndeksinə görə, postsovet ölkələri arasında antisemitizmin ən çox olduğu ölkə məhz Ermənistandır. Ermənistan əhalisinin yüzdə 58-i yəhudilər əleyhinə fikirləri bölüşdüyünü bildirilir.

Müəllif Ermənistanın paytaxtı İrəvandakı Holokost abidəsinin 2004 və 2005-ci illərdə dəfələrlə dağıdıldığına, lakin Ermənistan polisinin hər dəfə abidənin “öz başına dağıldığı” qənaətinə gəldiyinə və Ermənistanda heç kimin hadisələri açıq şəkildə qınamadığına diqqət çəkir.

Amerikalı ravvin İsrail Barukun fikirlərinə istinad edən müəllif II dünya müharibəsi zamanı da ermənilərin yəhudilərə qarşı oxşar mövqedə olduqlarını, 20 min erməninin nasistlər tərəfində mübarizə apardığını, Hitlerə xidmət edən və yəhudiləri “zərərli ünsürlər” adlandıran Qarigen Nijdeyə Yerevanda qoyulmuş abidəni xatırladır.

Müəllif öz fikirlərini həmkarı Fern Sidmanın “Erməni antisemitizmi ciddi bir problemdir və məsələ inkar edilməməli, ağ rəngə salınmamalı və ya görməməzliyə vurulmamalıdır” sözləri ilə bitirir.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO