Xəbər verdiyimiz kimi, bu gün - iyunun 1-də Moldovanın paytaxtı Kişinyov şəhərində “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısı keçirilir. Zirvə görüşü çərçivəsində Azərbaycan, Ermənistan, Fransa, Almaniya və Avropa İttifaqı Şurasının liderlərinin beştərəfli görüşünün keçiriləcəyi gözlənilir. Bu görüşdən əvvəl toplantı iştirakçıları birgə foto çəkdiriblər.
Bizim.Media xəbər verir ki, tədbirdə iştirak edən Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də hərəkətləri ilə jurnalistlərin obyektivinə tuş gəlib.
Görüntülərdən aydın olur ki, Paşinyan liderlərin birgə foto çəkdirmək üçün nəzərə tutulan əraziyə toplaşdığı bir vaxtda Fransa Prezidenti Emmanuel Makronla iki dəqiqəyə yaxın söhbət edir, hətta onun qarşısını kəsərək sanki ürəyi dolu şikayətçi görüntüsü yaradır.
Təbii ki, Paşinyanın Makrondan əl çəkmək istəməməsi və bir ölkənin rəhbərinin özünü vassal rolunda aparması diqqətdən yayınmayıb.
Üstəlik, bu hərəkət liderlərin birgə foto çəkdirmək üçün gözlədiyi bir şəraitdə baş verib. Hələ bu azmış kimi, Paşinyan Makronun "yaxasını buraxdıqdan" sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə də yaxınlaşaraq onunla söhbət etmək istəyir.
Amma o, bu istəyinə nail ola bilmir. Çünki Şarl Mişel Paşinyanla sadəcə ayaqüstü salamlaşaraq yoluna davam edir.
Bundan başqa, Paşinyanın bir tərəfdə telefonla vaxt keçirməsi, vatsapda kiməsə səs göndərməsi və kiminsə səsini dinləməsi görüntüləri də kameraların obyektivindən yayınmayıb.
Xəzər televiziyasının hazırladığı görüntüləri təqdim edirik:
- A-
- A
- A+
Dünya
16:35 / 01.06.2023
Paşinyanın Moldova sərgüzəştləri: Mişelə yaxınlaşır, vatsapda səs göndərir... - VİDEO
Hazırda oxunan: Paşinyanın Moldova sərgüzəştləri: Mişelə yaxınlaşır, vatsapda səs göndərir... - VİDEO
Hazırda oxunan: Paşinyanın Moldova sərgüzəştləri: Mişelə yaxınlaşır, vatsapda səs göndərir... - VİDEO
139161
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.