NATO Rusiyanın aqressiyasına qarşı hərbi xərcləri artırır...

NATO Rusiyanın aqressiyasına qarşı hərbi xərcləri artırır...

Hazırda oxunan: NATO Rusiyanın aqressiyasına qarşı hərbi xərcləri artırır...

138959
Avropa ölkələri son 10 ildə rus aqressiyasına qarşı olaraq hərbi büdcələrini artırmağı planlaşdırır. 

Bu barədə İngiltərənin "Financial Times" qəzetinə müsahibədə NATO baş katibi Yens Stolonberq məlumat verib. “Müttəfiq ölkələrdən gələn mənbələrə əsaslanan proqnozlar onu göstərir ki, Avropa İttifaqına daxil olan ölkələr öz hərbi xərclərini artıracaq”x9d,- deyə o bildirib. 

Baş katibin sözlərinə görə, hərbi blok regionun təhlükəsizliyinə qarşı yüksələn təhdidlər qarşısında qeyri-müəyyən situasiya ilə üzləşib. NATO baş katibi bununla əlaqədar ABŞ-dan sonra ən böyük hərbi büdcəyə malik olan Böyük Britaniyanın Avropa İttifaqında qalmasının vacibliyini vurğulayıb.

Bildirilir ki, keçən il NATO-nun Avropa İttifaqından olan ölkələrin hərbi xərcləri 243 mlrd dollar, ABŞ-ın isə 618 mlrd dollar təşkil edib. Alyans müttəfiq dövlətlərə hərbi xərcləri ÜDM-in 2 faizinə qədər artırmağı təklif edir. Hazırda Avropa İttifaqında hərbi xərclər həmin ölkəlrin ÜDM-in 1,43 faizi qədərdir.(Musavat.com)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO