Putin Ərdoğanı qələbə münasibəti ilə təbrik etdi

Putin Ərdoğanı qələbə münasibəti ilə təbrik etdi

Hazırda oxunan: Putin Ərdoğanı qələbə münasibəti ilə təbrik etdi

138490

Rusiya Prezidenti Vladimir Putin Rəcəb Tayyip Ərdoğanı yenidən Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya liderinin təbrikində deyilir:

“Biz sizin Rusiya-Türkiyə dostluq münasibətlərinin, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsinə verdiyiniz şəxsi töhfənizi yüksək qiymətləndiririk”.

Qeyd edək ki, Türkiyədə seçki bülletenlərinin hesablanması hələ də davam edir. Sandıqların 99,94 faizi açılıb. Nəticələrə əsasən Türkiyənin hazırkı prezidenti 52,09 faiz səs toplayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO