ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat Stiv Koen Xocalı Faciəsinin 29-cu ildönümü ilə bağlı bəyanat verib.
Azərbaycanın ABŞ-dakı Səfirliyindən Bizim.Media-ya verilən məlumata görə, bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu qeyd olunub.
Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin qırğınından öncə 7 000 sakini olduğunu vurğulayan Konqres üzvü 106-sı qadın, 83-ü uşaq olmaqla 600-dan çox silahsız insanın qətlə yetirildiyini, 2 000-dən az sakinin sağ qaldığını, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.
Konqres üzvü həmçinin 1994-cü ildə atəşkəs rejiminin əldə edilməsinə rəğmən münaqişənin həll olunmadığını, lakin 2020-ci il müharibəsinin ardınca Ermənistan və Azərbaycanın bira araya gələrək sülh əldə edə biləcəyinə ümidini ifadə edib.
Eyni zamanda uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlığın Cənubi Qafqaz regionu, habelə bütün dünyanın maraqlarına xidmət etdiyi vurğulanıb.
Sonda Konqres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək azərbaycanlıların dərdinə şərik olduğunu qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 05.03.2021
ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
Hazırda oxunan: ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
Hazırda oxunan: ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat yaydı
13806
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.