Rusiya prezidenti Vladimir Putin Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması haqqında sazişin olmasını çox vacib sayır.
Bizim.Media xəbər verir ki, Rusiya dövlətinin başçısı bunu Ali Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan müzakirədən sonra deyib.
“Sizin indicə - həm Azərbaycan prezidentinin, həm də Ermənistanın baş nazirinin dedikləriniz daha önəmlidir ki, fundamental məsələdə, ərazi bütövlüyü məsələsində prinsipial razılaşma var”, - deyə Putin qeyd edib.
Putin əlavə edib ki, bu, həqiqətən də, ikinci dərəcəli xarakterli digər məsələlərin razılaşdırılması üçün əsasdır.
“Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şurası) üzv ölkələrlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün – həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir”, - deyə Rusiya rəhbəri vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:34 / 25.05.2023
Putin: “Ərazi bütövlüyü məsələsində prinsipial razılaşma var” - VİDEO
Hazırda oxunan: Putin: “Ərazi bütövlüyü məsələsində prinsipial razılaşma var” - VİDEO
Hazırda oxunan: Putin: “Ərazi bütövlüyü məsələsində prinsipial razılaşma var” - VİDEO
137997
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.