“Ermənistanla ayaqlaşmaq bizim üçün çətin olacaq".
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında deyib.
"Çətin ki, Ermənistana çata bilək. Orada ümumi daxili məhsulun artımı 12%-dən çox olub”, deyə o, ironiya ilə bildirib.
Tədbirdə iştirak edən Nikol Paşinyan isə bu sözlərdən sonra sevinərək başını yellədib.
Qeyd edək ki, həmin iclasda ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.
Bizim.Media