“Vaqner”in rəhbəri Yevgeni Priqojin muzdlu qrupun öz bölmələrini Ukraynanın Baxmut şəhərindən çıxardığını bir daha bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, teleqram kanalında məlumat verib.
“İyunun 1-nə kimi hamımız çıxırıq, dincəlirik, hazırlaşırıq, sonra isə yeni tapşırıq alacağıq”, - deyə Priqojin bildirib.
Priqojin bildirib ki, “Vaqner” birləşmələri arxa bölgələrə yola düşəcək və Baxmutdakı mövqelər Rusiya Müdafiə Nazirliyinin nəzarətinə keçəcək.
Xatırladaq ki, Y.Priqojin ötən gün müsahibəsində Baxmutda 10 mini keçmiş məhbus olmaqla ümumilikdə 20 min döyüşçü itirdiyini açıqlayıb.
Bizim.Media