Türkiyədə hərbi helikopter qəzaya uğradı - 11 şəhid - Yeniləndi - FOTO

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 11 şəhid - Yeniləndi - FOTO

Hazırda oxunan: Türkiyədə hərbi helikopter qəzaya uğradı - 11 şəhid - Yeniləndi - FOTO

13777

Türkiyədə hərbi helikopter qəzasında yaralanan hərbçilərdən daha biri həyatını itirib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan hərbçinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 11-ə yüksəlib.

***

Türkiyədə hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.


Bizim.Media Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb.

Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.

***

Türkiyənin Bingöl bölgəsindən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.


Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəza nəticəsində 9 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO