ABŞ sifariş etdi - İsrail havada süzən raket hazırladı - VİDEO

ABŞ sifariş etdi - İsrail havada süzən raket hazırladı - VİDEO

Hazırda oxunan: ABŞ sifariş etdi - İsrail havada süzən raket hazırladı - VİDEO

137693

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni hibrid elektro-optik idarə olunan raketin hazırlanması və tədarükü üçün “Іsrael Aerospace Industries” (IAI) şirkəti ilə uzunmüddətli, çox milyon dollarlıq müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Іsrael Aerospace Industries” şirkəti məlumat yayıb.

IAI şirkəti əsgər bel çantasında daşına bilən POINT BLANK elektro-optik idarə olunan raketini təqdim edib. Sistem kiçik taktiki komandalardan tutmuş tabor səviyyəsinə qədər müxtəlif ölçülü taktiki bölmələrin öldürmə qabiliyyətini artırmaq üçün müstəqil və üzvi qabiliyyətlə təmin etməkdən ötrü döyüş meydanının tələbinə cavab verir.

POINT BLANK bu bölmələrə dəstəyə ehtiyac olmadan real vaxt rejimində böyük dəqiqliklə və yüksək ölümcülliklə müxtəlif hədəflərə hücum etməyə imkan verir. Raket əldən buraxılır, tək bir əsgər tərəfindən idarə olunur və şaquli olaraq əsgərin əlindən qalxıb enə bilir.
IAI 2023-cü maliyyə ilində əməliyyat sınağı və qiymətləndirmə (Operational Testing & Evaluation) üçün ABŞ Müdafiə Nazirliyinə ilk prototipləri və təlimləri təqdim edəcək. POINT BLANK-in sursatı təxminən 6,8 kq ağırlığında və 1 metr uzunluğundadır.

POİNT BLANK, həm reaktiv mühərrik, həm də kvadrokopter kimi pərvanələrlə təchiz edilmiş hibrid aparatdır. Zahirən POİNT BLANK bir qədər “Ulduz müharibələri”ndəki X-Wing qırıcısını xatırladır. Raketin əsas gövdəsindən uclarında rotor olan dörd qanad ayrılır. Sonuncular aparatın havada süzməsinə imkan verir. Dronun faydalı yükü 2 kq, mənzili 10 km-dir. O, 20 dəqiqəyə qədər havada qala bilir.

Raket 450 metrdən yuxarı hündürlükdə, maksimal 186 km/saat sürətlə uça bilər, həmçinin hücumdan əvvəl hədəfin xarakteri və dəqiq mövqeyi təsdiqlənərkən havada süzə və ya asıla bilər.

IAI-nin qabaqcıl istehsal texnologiyaları sayəsində raket real vaxt rejimində müşahidə məlumatlarını yoxlamaq və toplamaq üçün elektro-optik sistemləri daşıya bilir və həmçinin hədəfi məhv etmək üçün döyüş başlığı ilə təchiz olunmağa hazırlanır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO