Səmərqənddə Türkiyənin Baş Konsulluğu açılacaq - Mövlud Çavuşoğlu da iştirak edəcək

Səmərqənddə Türkiyənin Baş Konsulluğu açılacaq - Mövlud Çavuşoğlu da iştirak edəcək

Hazırda oxunan: Səmərqənddə Türkiyənin Baş Konsulluğu açılacaq - Mövlud Çavuşoğlu da iştirak edəcək

13753

Özbəkistanın Səmərqənd vilayətinin xokimi (başçısı) Erkin Turdimov Türkiyə Respublikasının Səmərqənddəki Baş Konsulluğunun rəhbəri Salih Caneri qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “trtrussian.com” saytı yayıb.

Mənbə yazır ki, görüş zamanı tərəflər iki ölkə arasındakı dostluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən siyasi, ticarət, iqtisadi və investisiya sahələrində intensiv inkişaf etdiyini və möhkəmləndiyini qeyd edib.

 

MÖVZU İLƏ BAĞLI:

Səmərqənddə MDB-nin iclası keçirilir

​​​​​​​
Salih Canerin sözlərinə görə, hökumətin 18 avqust 2020-ci il tarixli qərarına əsasən Səmərqənddəki Baş Konsulluğun binası 8 martda istifadəyə veriləcək. 

Konsulluq Türkiyə ilə Özbəkistan arasında investisiya, ticarət-iqtisadi, mədəni və humanitar əməkdaşlığın inkişafı üçün tapşırıqları yerinə yetirəcək.

Bölgə icra hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, açılış mərasimində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun səfəri və iştirakı gözlənilir.

Bundan əvvəl Türkiyənin 2020-ci ildə ən çox Özbəkistanda şirkət açdığı bildirilmişdi. 

Son bir ildə ölkədə 305 türk müəssisəsi fəaliyyətə başlayıb. Bu, Türkiyəni müvafiq sıralamada birinci yerə çıxarıb. Ümumilikdə son bir ildə Özbəkistanda 1715 xarici şirkət açılıb. Sıralamada Türkiyədən sonra 265 yeni müəssisə ilə təmsil olunan Rusiya, sonra isə Çin (147 şirkət) gəlir.

Xarici firmalar ən çox ticarət etmək üçün Daşkənd, Səmərqənd və Surxandaryanı seçirlər və xarici iş adamlarının çoxu sənaye, ticarət, inşaat və kənd təsərrüfatı sahələrinə investisiya yatırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO