İsrailin müdafiə naziri:

İsrailin müdafiə naziri: "İran ticarət gəmilərini üzən terror bazalarına çevirir"

Hazırda oxunan: İsrailin müdafiə naziri: "İran ticarət gəmilərini üzən terror bazalarına çevirir"

137411

"İran ticarət gəmilərini üzən terror bazalarına çevirir".

Bizim.Media xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, İran Yaxın Şərqin dəniz sularında üzən terror bazaları yaratmaq məqsədilə ticarət gəmilərini pilotsuz təyyarələr, raket sistemləri və kəşfiyyat məlumatlarının toplanması üçün hərbi gəmilərə çevirir.

“Üzən terrorçu bazalar İranın Fars körfəzi və Ərəbistan dənizi boyunca nəzarət etdiyi dəniz terrorizminin birbaşa davamıdır. Onu Hind okeanı, Qırmızı dəniz və hətta Aralıq dənizi sahillərinə qədər genişləndirməyə çalışır”, - deyə nazir bildirib.

Y.Qalant həmçinin, İranın nüvə təhlükəsi və onun regiondakı terror fəaliyyətləri ilə mübarizə yolları barədə də danışıb: “İran terroru ilə havada, dənizdə və quruda mübarizə aparmağın yolu beynəlxalq əməkdaşlıq və koalisiyaların yaradılmasından keçir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO